Sosial şəbəkələrdə Rusiya prezidentinin Kuba səfəri zamanı baş verən maraqlı hadisə yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, prezident Putin ölkəyə rəsmi səfəri bitdikdən sonra xüsusi personalar üçün nəzərdə tutulan (VİP) qapıdan hava limanına keçib.
Lakin qapını qoruyan Kuba əsgərləri prezident keçdikdən sonra onun cangüdənlərini içəri buraxmayıblar.
Əlacsız qalan cangüdənlər təyyarəyə yetişmək üçün başqa qapı axtarmalı olublar.