Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Region gəncləri Respublika Gününü silsilə tədbirlərlə qeyd ediblər - FOTO
Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müsəlman aləminin ilk demokratik respublikası olan Xalq Cümhuriyyətinin mütərəqqi dövlətçilik ənənələrini formalaşdırması nəticəsində Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.
28 May – Respublika Gününün 103-cü ildönümünü region gəncləri də silsilə tədbirlərlə qeyd ediblər. Gənclərin İnkişaf və Karyera Mərkəzinin 40 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri tərəfindən bir sıra onlayn və oflayn tədbirlər həyata keçirilib. Konfranslar, görüşlər təşkil olunaraq bu günün müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti gənclərə çatdırılıb.
Gənclər müasir dövlətçiliyimizin banisi olan Ulu Öndər Heydər Əliyevin abidəsi, rayonda yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, yürüşlər təşkil ediblər. Mərkəzlərdə Respublika Gününə həsr edilmiş filmlər nümayiş olunub. Daha sonra kənd məktəblərində təhsil alan şagirdlər və digər gənc qrupları üçün intellektual oyunlar, rəsm sərgiləri, müxtəlif tipli – inşa, rəsm müsabiqələri, futbol turnirləri və düşərgələr təşkil edilib.
Ulu Öndərimiz Heydər Əliyevin də dediyi kimi, biz müsəlman Şərqində ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tuturuq və bu bizim milli bayramımızdır. Xüsusilə qeyd etmək lazımdır ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış qələbə bu il 28 may – Respublika Gününün daha böyük qürur hissi və şövqlə qeyd edilməsinə səbəb olur.
Azərbaycan gəncliyi olaraq müstəqillik yolunda inkişafımızın davamlı, uğurlu və Azərbaycanın dövlət müstəqilliyinin əbədi olacağına inanırıq!
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Haber Global": "Mərhum Prezident Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi"
- Valentina Matviyenko Şəhidlər xiyabanını ziyarət edib
- Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir
- Şimali Makedoniya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb
- Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı