İsmayıllının 67 kəndində elektrik enerjisinin verilişi bərpa edilib.
Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
O bildirib ki, təxirəsalınmaz tədbirlər nəticəsində gecədən bəri işıqsız qalan 67 kəndin elektrik təchizatı bərpa edilib:
“Güclü külək və şimşək elektrik xətlərinə ciddi ziyan vurmuşdu. Xüsusilə İvanovka ərazisini elektrik enerjisi ilə təmin edən xətlər zədələnib. Hazırda 67 kənddə elektrik enerjisi var. Bu dəqiqə üçün İsmayıllının İvanovka, Kürtmaşı, Hacıhətəmli kəndlərində əməkdaşlarımız təmir-bərpa işləri aparır.
Yaxın saatlarda bu kəndlərdə elektrik enerjisinin verilişi bərpa ediləcək. Bununla yanaşı, Tovuz rayonunun işıqsız qalan bir sıra dağ kəndlərində də elektrik enerjisinin verilişi bərpa edilib”.
Könül Cəfərli
Rəylər