Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Report" İnformasiya Agentliyi 10 illik yubileyini qeyd edir
Bu gün "Report" İnformasiya Agentliyi 10 yaşını qeyd edir.
Oxu.Az xəbər verir ki, Azərbaycanın media sferasında mühüm rol oynayan "Report" İA son 10 il ərzində ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq geniş oxucu auditoriyasının rəğbətini qazanıb.
2014-cü ildə fəaliyyətə başlayan və hazırda "Global Media Group" şirkətinin tərkibinə daxil olan "Report" İA qısa müddətdə böyük uğurlara imza atıb. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdə ölkə və dünya gündəmini operativ şəkildə işıqlandırır.
Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, videoreportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.
Həmkarlarımızı yubileyləri münasibətilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!

"Global Media Group" teqi üzrə xəbərlər
- MEDİA kiberhücumla bağlı məlumat yaydı
- "Global Media Group"un tərkibindəki media qurumu "Prokurorluğun dostu" mükafatı ilə təltif olunub
- "Global Media Group"un tərkibindəki şirkətlər növbəti nəzarət auditindən uğurla keçib
- "Global Media Group"un 7 yaşı tamam olur
- "Global Media Group"un yeddi əməkdaşı MEDİA-nın fərdi jurnalist müsabiqəsinin qalibi olub