"Global Media Group" Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş əməkdaşlarla görüş keçirib.
Oxu.Az xəbər verir ki, görüşdə 44 günlük Vətən müharibəsində göstərdikləri fədakarlığa, igidliyə və şərəfli xidmətlərinə görə şirkətin müharibə iştirakçısı olan əməkdaşlarına təşəkkür edilib.
Bildirilib ki, həmin əməkdaşlar arasında Baku TV-nin blok redaktoru Yelmar Məmmədli, müxbir Nursultan Ziyadov, qrafik dizayner İbrahim Həsənov və Oxu.Az-ın müxbiri Murad Həsənov da var.
"Global Media Group" Vətənimizin ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, qazilərə və Azərbaycan Ordusunun hər bir əsgərinə minnətdarlığını bildirib.
Qeyd olunub ki, Zəfər Günü hər bir azərbaycanlı üçün qürur, bütövlük və birlik mənbəyidir.