Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına köçürülüb.
“Report”un əldə etdiyi məlumata görə, meyxanaçı noyabrın 11-dən təcridxanada saxlanılır.
11:53
Bir neçə gün əvvəl tanışı İskəndər Mehtiyevi qətlə yetirən meyxanaçı Rəşad Dağlının (Əmirov) hadisə baş verən əraziyə gətirilməsinin görüntüləri yayılıb.
Bu barədə görüntüləri “İctimai” TV yayıb.
Görüntülərdə onun polislərin müşayiəti ilə maşından düşürülməsi anları öz əksini tapıb.
Qeyd edək ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rəylər