Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xəstələrə kömək göstərilməsi mümkün deyil.
Bu barədə Oxu.Az-a xəstəxanadan məlumat verilib.
Məlumatda qeyd edilib ki, ölkədə baş verən qəza nəticəsində xəstəxana işıqsız qalıb:
“Generatorlar qoşulsa da, xəstəxana tam işıqla təmin edilməyib. Müəssənin bir hissəsi hələ də işıqsızdır”.
Öz növbəmizdə qeyd edək ki, xəstəxanada pasiyentlərin bəziləri elektriklə işləyən tibbi avadanlıqlara qoşulub. Elektrik enerjisinin verilişində belə fasilənin yaranması onların həyatına birbaşa təhlükədir.
İlhamə Əbülfət
www.oxu.az
Rəylər