Azərbaycanın qərb rayonlarında, o cümlədən qəzanın baş verdiyi Mingəçevir şəhərində elektrik enerjisinin verilişi bərpa olunub, Oxu.Az xəbər verir.
01:38
Paytaxt Bakıda və respublikanın əksər digər şəhər və rayonlarında işıqlarının sönməsinə gətirib çıxaran qəzanın ilkin səbəbi açıqlanıb.
“Azərenerji” ASC-dən Oxu.Az-a verilən məlumata görə, “Azərbaycan” İES-in tərkibinə daxil olan yarımstansiyalardan birində qəzanın baş verməsinə son günlər havaların kəskin isti keçməsi səbəb olub.
Bildirilir ki, qəza yarımstansiyanın soyutma sistemlərində yaranan nasazlıqla əlaqədardır.
Havaların kəskin isti keçməsi həmin soyutma sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə qəza baş verib.
Qarşıdakı bir neçə saat ərzində elektrik erjisinin verilişi bərpa olunacaq.
00:59
Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında qəza baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un Şirvan bürosu məlumat yayıb.
Ehtimala görə, İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönüb.
"Azərişiq" ASC-nin sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb. Hadisənin səbəbləri araşdırılır.
00:46
2 iyul bazar ertəsindən 3 iyul çərşənbə axşamına keçən gecə, təxminən saat 00:20 radələrində Bakı elektrik enerjisiz qalıb.
Oxu.Az xəbər verir ki, hadisənin səbəbləri hələlik bəlli deyil.
Qeyd olunur ki, ölkənin şimal rayonları da işıqsız qalıb.
Rəylər