Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ¼ final mərhələsinin növbəti iştirakçısı müəyyənləşib.
Oxu.Az-ın verdiyi xəbərə görə, Belçika millisi Yaponiya komandasını 3:2 hesabı ilə məğlub edərək, fəxri mükafat uğrunda mübarizəni davam etdirmək hüququ qazanıb.
Hərçənd, qələbə avropalılar üçün heç də asan alınmayıb. Birinci hissədə qapılara qol vurulmasa da, ikinci 45 dəqiqədə ada təmsilçiləri kiçik fasilə ilə (48 və 52-ci dəqiqələr) 2 dəfə rəqibin qapısına yol tapıblar. Qolları Haraquçi və İnui vurublar.
Lakin hadisələrin belə axarı Belçika futbolçularını ruhdan salmayıb. Onlar 3 dəfə fərqlənərək, Yaponiya yığmasına dünya çempionatında növbəti sensasiyaya imza atmağa imkan verməyiblər.
Qeyd edək ki, ¼ finalda Belçikanın rəqibi Braziliya olacaq.
www.oxu.az