Hər il dekabrın 1-də dünyada Qazanılmış İmmunçatışmazlığı Sindromu ilə (QİÇS) Mübarizə Günü qeyd edilir.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, insanın immunçatışmazlığı virusunun (İİV) artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub.
Həmin gün QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunan infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.
Bu baxımdan Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Azərbaycanda İİV infeksiyası üzərində epidemioloji nəzarətin aparılmasını təmin edir və ölkədə İİV-ə müayinə olunmuş şəxslər haqqında məlumatın toplanılması və təhlili, İİV-ə yoluxmuş insanların aşkar olunması və qeydiyyata alınması, eləcə də İİV-infeksiyasının yayılma tendensiyalarının müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir.
Bununla yanaşı, İİV infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik və əks-epidemik tədbirlər həyata keçirir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzindən fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az