Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Respublikanın avtomobil yollarındakı vəziyyət AÇIQLANDI
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq yollar nəzarətdə saxlanılıb, qardan təmizlənib və buzlaşmaya qarşı tədbirlər görülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, AAYDA gücləndirilmiş iş rejimində çalışmağa davam edib:
"Quruma məxsus qar təmizləyən və duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə gecə boyu və səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub".
Qeyd edilib ki, qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.
"Qeyri-sabit hava şəraiti" teqi üzrə xəbərlər
- Kamçatkada güclü qar həkimləri çıxılmaz vəziyyətdə qoydu: Xəstələr xizəklərlə daşınır
- Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
- Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə XƏBƏRDARLIQ
- "Asfalt dağılıb, ətrafı üfunət basıb" - Xırdalanda yeni layihəyə daxil edilən yol niyə düzəlmir?
- AFFA aşağı yaş qruplarının oyunlarını təxirə saldı