Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Sevimli Dad" yenidən bazar liderliyinə qayıdır
Azərbaycanın süd və süd məhsulları bazarında uzun illər lider mövqedə olmuş "Sevimli Dad" brendi yenidən istehlakçılarla görüşə gəlir. Yeni nəfəs və yenilənmiş istehsal prosesi ilə "Sevimli Dad" artıq "Azemal" MMC tərəfindən istehsal ediləcək.
Yeni təsis edilmiş "Azemal" MMC, "Azera Holdinq"in tərkibinə daxildir və bu struktur çərçivəsində süd və süd məhsullarının istehsalı sahəsində innovativ yanaşmalar tətbiq edir. Müəssisə ən müasir avadanlıqlarla təchiz edilib və məhsulların keyfiyyətinə yeni nəsil xüsusi nəzarət texnologiyaları tətbiq olunur . "Sevimli Dad" brendi ənənəvi yüksək keyfiyyəti qoruyaraq, istehlakçılara təbii və sağlam məhsullar təqdim etməyə davam edəcək.
Rəsmi əməkdaşlıq müqaviləsinə əsasən, "Azemal" MMC tərəfindən istehsal olunacaq "Sevimli Dad" brendinin distribütoru "Avrora Qrup" olacaq. Bu əməkdaşlıq sayəsində "Sevimli Dad" məhsulları ölkə daxilində daha geniş paylanacaq və istehlakçılara daha əlçatan olacaq.
Yenidən bazara qayıdan "Sevimli Dad", keyfiyyət və dad ənənələrini qoruyaraq, müasir istehsal standartlarına uyğun məhsullar ilə bazarda liderliyə yiyələnməyə iddialıdır.
Qeyd edək ki, istehsal prosesi ilə tanışlıq məqsədilə yaxın günlərdə şirkət KİV nümayəndələri üçün media turu nəzərdə tutur.
Daha ətraflı məlumat üçün:
E-poçt: [email protected]
"Instagram": sevimlidad.azemal
"LinkedIn": Sevimli dad-Azemal
"Instagram sosial şəbəkəsi" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Ər-Riyadda keçirilən 4-cü Beynəlxalq Humanitar Forumda çıxış edib
- Leyla Əliyeva və Arzu Əliyeva Ər-Riyadda keçirilən 4-cü Beynəlxalq Humanitar Forumda iştirak edirlər
- "Instagram"da yeniliklər var
- Azərbaycan Prezidenti sosial şəbəkə hesabında Ağdama səfərindən görüntülər paylaşıb
- Ölkəmizdə ilk dəfə keçiriləcək "Qadın Liderləri Zirvəsi"nin spikerləri bəlli oldu