Bakıda tələbə təhsil aldığı akademiyanın binasından yıxılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Rəssamlıq Akademiyasında qeydə alınıb.
Akademiyanın 2-ci kurs tələbəsi Jalə Qasımova ikinci mərtəbənin pəncərəsindən yıxılıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
A.M.