Almaniyada əməliyyat olunan Rəis Rəsulzadə Bakıya qayıdıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Almaniyanın Şarite klinikasında böyrəyindən əməliyyat olunan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə artıq vətəndədir.
Rəis Rəsulzadə hazırda özünü yaxşı hiss etdiyini, müalicəsinin davam edəcəyini deyib.
O, Almaniyada əməliyyat olunması üçün göstəriş verən prezident İlham Əliyevə də təşəkkür edib.