Hazırda cəbhədə nisbi sakitçilik hökm sürür.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu dəqiqələrdə cəbhədə atəş səsləri eşidilmir.
Tərtərin istiqamətində, Qapanlı, Çaylı Göyarx, Çaylı, Çiləbürt, Qızıl Oba və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində heç bir gərginlik yoxdur.
Sakinlərin ANS PRESS-in bölgə müxbirinə verdikləri məlumata görə, Ağdamın təmas xəttində də atəş səsləri gəlmir. Rayonun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Kəngərli, Mirəşirli, Çıraqlı kəndlərində də sakitçilikdir. Heç bir rayon və kəndlərdə sakinlər evləri boşaltmayıblar. Hər kəs öz işilə məşğuldur. Həyat adi axarı ilə davam edir.
Sakinlərin sözlərinə görə, təmas xəttinə yaxın otlar və əkin sahələrinə gündüz vaxtı getmək mümkün olmasa da, axşamlar kəndlilər təsərrüfatla məşğuldur.
Qeyd edək ki, bu gecə cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 99 dəfə pozulub.