İnternetdə Rezin ördəyin Bakıda peyda olmasını göstərən videoçarx yerləşdirilib.
Oxu.Az xəbər verir ki, Rezin ördəyin bulvarda “doğuluşu” haqqında video “YARAT!” Müasir İncəsənət Məkanının Facebook-dakı rəsmi səhifəsində yerləşdirilib.
Qeyd edək ki, sentyabrda “Yarat!” tərəfindən təşkil olunmuş Participate Bakı Pablik Art 2013 festivalı çərçivəsində Bakıda məşhur danimarkalı rəssam Florentin Hoffmanın “Rezin ördək” əsəri – 16,5 metr hündürlüklü şişirtmə rezin ördək nümayiş olunmuşdu.
Xatırladaq ki, o, Bakıda bir neçə gün ərzində qonaq oldu.
Məşhur danimarkalı rəssamın əl işinin Bakı buxtasına gətirilməsini əks etdirən videonu təqdim edirik.
Elvin Əhmədov
www.oxu.az