Çempionlar Liqasının oyununu Rusiyanın “NTV-Plyus Sport” telekanalı vasitəsilə azərbaycanlı Elvin Kərimov erməni Nobel Arustamyanla birgə şərh edib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Kərimov Lənkəranda, Arustamyan isə Bakıda doğulub.
Telekanal rəhbərliyi onlardan şərhçi duetini heç də siyasi jest məqsədilə yaratmayıb. İş ondadır ki, Kərimov çoxdan “Qalatasaray”a azarkeşlik edir. Arustamyan isə “Yuventus”a üstünlük verməklə yanaşı, İtaliya A Seriyasının oyunlarını da “yorumlayır”.
Qeyd edək ki, Elvin Kərimov Rusiyanın Sıktıvkar Dövlət Universitetinin tələbəsidir.
www.oxu.az