Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiya İstintaq Komitəsi AZAL təyyarəsinin qəzası ilə bağlı ekspertiza təyin etdi
Rusiya İstintaq Komitəsi "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra Hava Hücumundan Müdafiə komandanlığı, hava hərəkətini idarəetmə sistemi və dispetçerlərin hərəkətlərini qiymətləndirmək üçün ekspertiza təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Hava hərəkətinin idarə edilməsi xidmətləri, hava hərəkətinin idarə edilməsi sistemi və hava hücumundan müdafiə orqanlarının vəzifəli şəxslərinin hərəkətlərinin qiymətləndirilməsi üçün hərtərəfli komissiya təşkilati-texniki məhkəmə-tibbi ekspertizası təyin edilib. İstintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir", - məlumatda deyilir.
Qeyd edilir ki, Rusiya İstintaq Komitəsi və Dövlətlərarası Aviasiya Komitəsi Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin "qara qutu"larını öyrənir.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Qəhrəman pilotumuzun anasından TƏSİRLİ PAYLAŞIM
- Azərbaycan Prezidentinə başsağlığı məktubları gəlməkdə davam edir
- Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"
- AZAL-ın təyyarəsinin "qara qutu"ları yekun rəy verilməsi üçün Braziliyadan Qazaxıstana gətirildi
- Təyyarə qəzasından sağ çıxan Nizami: "Psixoloji problemə görə müalicə alıram"
Rəylər