"Şüurlu kamikadzelər. Azərbaycanda yol hərəkəti qaydalarını pozan piyadaları məhz belə adlandırırlar. Onlar yolu qırmızı işıqda, piyada keçidinin olmadığı yerlərdən keçir və beləliklə də yollarda təhlükəli vəziyyət yaradır, təkcə öz həyatlarını deyil, sürücülərin həyatını da riskə atmış olurlar".
Vesti.Az xəbər verir ki, bu barədə Rusiyanın "Mir" telekanalının reportajında deyilir.
Yol polisinin əməkdaşları yolu düzgün şəkildə keçməyən vətəndaşları 25 dollar məbləğində cərimələyirlər ki, bu pulu da 1 ay ərzində ödəmək lazımdır.
Paytaxtda kifayət qədər yol keçidləri olsa da, belə cərimələrin sayı sürətlə artır.
Bu ilin yanvarından Bakıda təxminən 25 min vətəndaş cərimələnib.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif əsədov deyir ki, ötən il piyadaların günahı ucbatından 12 yol qəzası baş verib.
"Ölüm halları olmayıb, lakin bu piyadaları cinayət məsuliyyətindən azad etmir. Yol hərəkəti qaydalarını əsasən gənclər pozurlar" - deyə o bildirib.
Cəriməni yerində və ya 1 ay ərzində bankda ödəmək olar. Cərimənin gecikdirildiyi hər günə görə onun məbləğinin 2% əlavə olunur, plu 3 aydan çox müddətdə ödəmədikdə isə həmin piyadanı məhkəmə və cərimənin ödəəilməsini təin edəcək məhkəmə icraçısı ilə görüş gözləyir.
www.vesti.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin