Rusiyada baş verən qəzada 5 nəfər Azərbaycan vətəndaşı xəsarət alıb.
Oxu.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
Hadisə Sızran-Saratov-Volqoqrad avtomobil magistralının 197-ci kilometrliyində Saratov vilayətinin Volsk rayonunda baş verib.
Sürücü mikroavtobusun idarəetməsini itirib və maşını yol dirəyinə çırpıb. Qəza nəticəsində xəsarət alan Azərbaycan vətəndaşları xəstəxanaya çatdırılıblar.
Onların arasında üç qadın və bir uşaq olub. Onların vəziyyətinin ağır olmadığı bildirilib.
İlkin məlumata əsasən, mikroavtobus Orsk-Bakı marşrutu üzrə hərəkət edirmiş.
E.Ə.
www.oxu.az