Rusiyanın Volodarsk rayonundakı Malobelinsk kanalında brakonyerliklə məşğul olan üç nəfər yaxalanıb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlardan ikisi RF, biri isə Azərbaycan vətəndaşıdır.
Saxlanılan şəxslərdən balıq ovunda qadağan edilmiş 14 silah və 51 ədəd müxtəlif növ balıq götürülüb.
Ümumilikdə dəyən zərərin 47 min rubl (1212 manat) olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.