Rusiyanın Kursk vilayətində sərhədi qanunsuz keçmək istəyən Azərbaycan vətəndaşına hökm oxunub.
46tv.ru portalının məlumatına görə, o, 2018-ci ilin noyabrında Belovsk rayonunda sərhədi qanunsuz keçmək istəyərkən Kuçerov sərhəd-keçid məntəqəsində saxlanılıb.
Ona qarşı cinayət işi başlanılıb. Araşdırmalardan sonra iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, bir il müddətinə azadlıqdan məhrum edilib.