Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyanın bombardir legionerlər siyahısına düşən yeganə azərbaycanlı: Həm də güləş üzrə çempiondur - FOTO
Fevralın 17-si “Neftçi”nin veteran futbolçusu, Azərbaycan U-19 yığma komandasının baş məşqçisi Nazim Süleymanovun doğum günüdür.
Oxu.Az xatırladır ki, Nazim Süleymanov 1965-ci ildə Sumqayıt şəhərində anadan olub.
Səkkiz-doqquz yaşlarından “Neftçi”nin Sumqayıtdakı akademiyasında futbola başlayan Nazim 17 yaşında “Neftçi İSM”in komandasında debüt edib.
İstedadlı futbolçu mütəxəssislərin diqqətini cəlb edib və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan “Avtomobilçi” (Mingəçevir) klubunun heyətinə cəlb olunub.
İnamlı oyunu ilə seçilən Nazim Azərbaycanın birinci komandası “Neftçi” klubuna dəvət alıb. Bakı təmsilçisinin heyətində minlərlə futbolsevərin rəğbətini qazanan Nazim Süleymanovun adı indi də sevilərək səslənir.
Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1996-cı ildə “Alaniya” (Vladiqafqaz) ilə Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov, eyni zamanda, Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşür. Bu unudulmaz futbolçunun karyerasında “Spartak” (Moskva), “Jemçujina” (Soçi) kimi klubların adı var.
Nazim Süleymanov 2023-cü ildə dərc olunmuş Rusiya tarixinin ən çox qol vuran legionerlərinin yeni siyahısında 10-cu yeri tutub. Süleymanov artıq 23 ildir, legioner-bombardirlərin siyahısında yerini saxlayıb. O, bu reytinqə düşən ilk və hələlik sonuncu azərbaycanlıdır.
O, “Spartak”, “Alaniya” və “Jemçujina” klublarında meydana çıxdığı 150 oyunda (1991-2000-ci illərdə) 50 qol vurub. Oyunçu karyerasının bitirən Nazim Süleymanov məşqçilik fəaliyyətinə start verib. Rusiya çempionatında yarışan “Jemçujina” (Soçi) klubunun əvəzedici heyətinin məşqçisi təyin olunan Nazim Süleymanovun komandası “Cənub” çempionatında 9-cu yerdə qərarlaşıb.
Növbəti il Vətənə dönən Süleymanov yenicə yaranmış “Xəzər-Lənkəran” klubuna baş məşqçi təyin olunub. Bir mövsüm bu komandanı çalışdıran mütəxəssis müvəqqəti olaraq Azərbaycan milli komandasına baş məşqçi təyin olunub. Nazim Süleymanovun daha sonra çalışdığı məkan “Bakı” futbol klubu olub. O, həmin klubun gənclər komandasını çalışdırıb.
2022-ci ilin sentyabrında o, Rusiyanın “Ximki”nin gənclər komandasına başçılıq edib, 2023-cü ilin fevralından aprel ayına qədər “Ximki-M” İkinci Liqa komandasının baş məşqçisi olub. Daha sonra “Ximki U19”a qayıdıb.
N.Süleymanov tək futbolda deyil, eyni zamanda, güləşdə də uğur qazanıb. O, sərbəst güləş üzrə Mingəçevir çempionu titulunun sahibidir.
50 illik yubileyi ilə bağlı 16 aprel 2015-ci ildə Bakıda Varisin müəllifliyi ilə çap edilən “Bitməyən matç” kitabının təqdimat mərasimi keçirilib.
"Lənkəran" teqi üzrə xəbərlər
- Lənkəranda yük avtomobilini narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb
- Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü
- Lənkəranda "QAZel" qadını VURDU
- Təcili yardım avtomobilinin qəzaya uğraması zamanı xəsarət alanların SON VƏZİYYƏTİ
- Lənkəranda zəncirvari qəzada altı maşın əzilib
Rəylər