Saatlı rayonunda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, zəlzələ iyulun 10-da yerli vaxtla saat 17:34-də qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 3.6 bal olub.
Episentri 45 km dərinlikdə yerləşən zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.
S.B.
www.oxu.az