Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Saatlıda mikroavtobusda dəm qazından zəhərlənən məktəblilərin ADLARI - YENİLƏNİB + VİDEO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Saatlıda dəm qazından zəhərlənən məktəblilər barədə açıqlama verib.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub:
“Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə doqquz nəfər yerləşdirilib. Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir”.
13:13
Saatlıda mikroavtobusda dəm qazından zəhərlənənlərin adları məlum olub.
Bununla bağlı “Report” məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər 1965-ci il təvəllüdlü müəllim Göyçək Mətləb qızı İsmayılova, 2013-cü il təvəllüdlü Fidan Seymur qızı Yarıyeva, 2014-cü il təvəllüdlü Məhəmməd Samir oğlu Nüsrəddin, Məhəmməd İlham oğlu Hüseynli, Gülüstan Rauf qızı Poladova, Təqi Azad oğlu Zahidli, Nazlı Anar qızı Həsənzadə, Səadət Rauf qızı Mənsimli və Tunar Hafiz qızı Nuriyevadır.
12:30
Saatlıda səkkiz məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlının Qaranuru kəndində baş verib.
Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən səkkiz məktəbli Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər