Saatlı rayonunda azyaşlı su kanalında boğulub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Fətəlikənd kəndində baş verib.
Kənd sakini, 2015-ci il təvəllüdlü Vidadi Fətəliyev yanvar ayının 13-də axşam saatlarında evin yaxınlığındakı su kanalının kənarında oynayarkən ehtiyatsızlıqdan kanala yıxılıb.
Hadisə nəticəsində V.Fətəliyev boğularaq ölüb.
Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.
Könül Cəfərli