Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17, gündüz 20-25 dərəcə isti olacaq.
Sabah Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq. Dağlarda isə gecə 4-8 dərəcə, gündüz 10-15 dərəcə isti proqnozlaşdırılır.