Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sabah 26 dərəcə isti olacaq - 14.03.2025
Azərbaycan ərazisində martın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.

"Hava proqnozu" teqi üzrə xəbərlər
- Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
- Sabah Azərbaycan ərazisində avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
- Sabah yağış yağacaq, şimşək çaxacaq - 21.03.2025
- Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - 19.03.2025