Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sabah 27 dərəcə isti olacaq - 07.04.2025
Azərbaycan ərazisində aprelin 7-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Bakıda 20 dərəcəyək isti, bəzi rayonlarda külək əsir - FAKTİKİ HAVA
- Azərbaycanda sabah 27 dərəcə isti olacaq - 06.04.2025
- Sabahdan hava dəyişəcək, leysan xarakterli yağış yağacaq: İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Sabah Bakıda 20 dərəcə isti olacaq - 05.04.2025
- Ölkə ərazisində GÜCLÜ KÜLƏK müşahidə olunur - FAKTİKİ HAVA