Sabah Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq.
Bölgələrdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 14-18, dağlıq ərazilərdə gecə 2-5, gündüz 5-10 dərəcə isti olacaq.