Avqustun 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26, gündüz 28-32 dərəcə isti olacaq.
Sabah Azərbaycanın əksər rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq.