Yanvarın 27-də Azərbaycan ərazisində hava şəraiti əsasən yağmursuz olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentindən bildiriblər.
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 1-3° isti, gündüz 6-9° isti təşkil edəcək.
Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.
Dağlarda temperatur gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.