Günəşdəki tac dəliyi səbəbindən geomaqnit şərait pisləşib, Yerdə zəif maqnit qasırğası qeydə alınır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Yerin maqnit sahəsində pozulma dərəcəsi G1 səviyyəsinə (zəif) çatıb.
Qeyd olunur ki, bazar ertəsi Günəş küləyinin sürəti 400-dən 600 km/s-ə yüksəlib.
Sabah geomaqnit qasırğası olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, 22-24 aprel tarixlərinə G1-G2 səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.