Sabah Abşeron rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsi, "Qurtuluş 93" ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar iyunun 4-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərində yerləşən "Kristal Abşeron 1" və "Park Xırdalan" yaşayış komplekslərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
İmişli və Saatlı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, fasilə "İmişli" QPS-dən qidalanan "İmişli 2" ölçü qovşağının girişində quraşdırılmış diametri 200 mm-lik "RDO-1-16/200" tipli qaz tənzimləyicinin baypas xəttində yeni, diametri 200-mm-lik "RDO-1-16/200" tipli qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar olacaq.
Nəticədə iyunun 4-də saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli şəhər mərkəzi də daxil olmaqla, rayonun 20 kəndində - Yalavac, Cəfərli, Rəsullu, Muradxanlı, Ağammədli, Oruclu, Məhəmmədli, Əliqulular, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Qaralar, Cavadxanlı, Sarxanlı, Bəcirəvan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərində, Yeni Bəhramtəpə, Vətəgə qəsəbələrində (18 min 52 abonent) və Saatlı rayonunun Məzrəli, Naharlı kəndlərində (343 abonent) "İmişli" QPS-dən qidalanan "İmişli 2" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.