Bişkek Məhkəməsi Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevi bir sıra cinayətlər törətməkdə təqsirli bilib və qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, Atambayev torpaq sahələrini qanunsuz əldə etməkdə, korrupsiyada və kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinib.
Həmçinin sabiq prezidentin əmlakı müsadirə olunub və bütün dövlət mükafatlarından məhrum edilib.