Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sabah Astaranın üç yaşayış məntəqəsində qaz olmayacaq
Astara rayonunun üç yaşayış məntəqəsində təbii qazın verilişi dayandırılacaq.
Oxu.Az xəbər verir ki, rayon ərazisində 2024-2025-ci illərin Payız-qış tədbirlər planına əsasən Maşxan kəndində diametri 159 millimetrlik orta təzyiqli qaz xəttinin üzərində olan nasaz siyirtmənin yenisi ilə əvəz olunması üçün "Şahağacı" QPS-dən qidalanan Təngərüd, Maşxan kəndləri və Kijəbə qəsəbəsinin bir hissəsi olmaqla 1700 abonentin qaz təchizatının sabah saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Sabah saat 10:00-dan Laçın rayonunun təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.
Bildirilib ki, yenidən qurulan "Şuşa-Laçın" avtomobil yolunun tikinti sahəsinə düşən "Qaz İxrac" İdarəsinə məxsus "Yevlax-Naxçıvan" yüksək təzyiqli magistral qaz kəmərinin əsas və lupinq xətləri ilə kəsişməsində yeni çəkilmiş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı işlər başa çatanadək "Laçın" QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir müddətində Laçın şəhərinin və rayonun Zabux qəsəbəsinin qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.
Rəylər