"Sabah Azərbaycanlı zəvvarların son qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq".
Bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

"Zəvvarlarımızı gətirən təyyarənin biri hazırda yoldadır, artıq yolu yarı edib. Bu gün saat 17 radələrində Bakıya enməlidir. Bir təyyarəmiz 170 nəfər zəvvarla bu gecə yola düşüb sabah səhər saat 5, ya 6 radələrində Bakıya enməlidir. 190 nəfərin olduğu sonuncu təyyarəmiz isə sabah Səudiyyə vaxtı ilə saat 12 radələrində çıxmalı və təxminən axşam saat 17 radələrində Bakıya çatmalıdır", - deyə V.Cahangiri bildirib
Xatırladaq ki, Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu mayın 25-də yola düşmüşdü.
Əzizə İsmayılova