Mayın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 24-29 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.