Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 24-27, gündüz 32-37 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da havanın yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.