Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 10-11-ə olan hava proqnozunu açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, mayın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-80, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.
www.oxu.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin