Bakı və Abşeron yarımadasında fevralın 1-də arabir qar yağacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə və səhər 4-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında fevralın 1-də arabir qar yağacaq, şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta, dağlarda gecə 13-18 dərəcə, gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.