İyunun 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Kiçik Qafqazın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacaq.