Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın arabir tutulacağı, əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.
Lakin səhər saatlarında bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 12-14, gündüz 19-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Oktyabrın 12-də Azərbaycanın rayonlarında hava şəraitin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz saatlarında bəzi dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.