Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Sabahın hava proqnozu açıqlanıb - 12.12.2024](https://images.oxu.az/2024/12/11/GAJKsvyJDi43Q8ohI1NaVWOwZlMs6ifEHu0218qV:1200.webp)
Sabahın hava proqnozu açıqlanıb - 12.12.2024
Azərbaycan ərazisində dekabrın 12-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-9°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin 12-si gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7°, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
![](https://img.youtube.com/vi/QAchsy9PhuI/sddefault.jpg)
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Sabah yağış yağacaq, duman olacaq - 06.02.2025
- Yaponiyaya 1972-ci ildən bu yana rekord miqdarda qar yağıb: Xəbərdarlıq edildi
- Küləyin sürəti bəzi yerlərdə güclənib - FAKTİKİ HAVA
- BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- Temperatur kəskin enəcək, bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Rəylər