Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sabirabadda Perinatal Mərkəzdə son on gündə üç uşaq ölümü baş verib - SƏBƏBLƏR AÇIQLANDI
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə son on gündə baş verən üç uşaq ölümünün səbəbi məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər üç zahının müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir.
"Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə martın 23-ü, saat 1:20-də 2005-ci il təvəllüdlü, 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qram ölü döl xaric olunub. 1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə martın 24-də saat 1:50-də uşaqlıqda iki dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub.
Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qram çəkidə olan körpə dünyaya gəlib, vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb. 2006-cı il təvəllüdlü 39-40 həftəlik hamilə olan şəxs martın 28-də, saat 21:10-da hospitalizasiya olunub. Doğuşun birinci dövrü, baş gəlişi, rezus faktor mənfi, ölü döl diaqnozları təyin olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qram ölü döl xaric olunub", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında növbəti uşaq ölümü qeydə alınıb.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə bayram günlərində baş verib.
Məlumata görə, doğumu cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib.
Uşaq qeysəriyyə yolu ilə doğulacaqmış, lakin son anda həkimlər qərarlarını dəyişərək təbii doğuş üsulunu seçiblər.
Doğuşdan iki saat sonra isə körpə dünyasını dəyişib.
Vəfat etmiş uşağın valideyni, Sabirabad şəhər sakini Bayram Güləliyev faktı təsdiqləyib.
Ümumilikdə isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında son on gündə üç uşaq ölümü qeydə alınıb.