Sabirabadda avtomobil altı yaşlı uşağı vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, qeyd edilən yol-nəqliyyat hadisəsi bu gün saat 15 radələrində rayon ərazisində baş verib. Rayonun Yolçubəyli kənd sakini F.Əlpaşayev idarə etdiyi “Toyota Prado” markalı avtomobillə hərəkətdə olan zaman qəfildən qarşısına çıxan azyaşlını vurub. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
18:50
Sabirabadda avtomobil altı yaşlı uşağı vurub.
APA-nın məlumatına görə, hadisə Sabirabad şəhərində qeydə alınıb.
“Toyota Prado” markalı avtomobil yolda qaçan 2017-ci il təvəllüdlü Nuray Vaqif qızı Rəhimlini vurub. Ağır xəsarətlər alan uşaq əvvəlcə Sabirabad xəstəxanasına və daha sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.