Daxili İşlər Nazirliyi Sabirabadda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanvarın 10-da saat 23 radələrində Sabirabad rayonu ərazisində Qaratəpə kənd sakini Fərid Həsənovun idarə etdiyi “VAZ-21011” markalı və Bakı şəhər sakini Sabir Adıgözəlovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə F.Həsənov və sərnişinləri - Nərimankənd kənd sakini Elməddin Əhmədov hadisə yerində ölüb. Xəsarət alan digər sərnişinləri - Nərimankənd kənd sakinləri Orxan Cəbrayılov, Mircəfər Hüseynov və Fərid Əhmədov xəstəxanaya yerləşdiriliblər. O.Cəbrayılov və M.Hüseynov aldıqları xəsarətdən orada dünyasını dəyişiblər.
10:39
Yol qəzası gecə saatlarında baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 12-ci kilometrliyində, Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yük maşını ilə “VAZ-21011” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər ağır yaralanıb.
Sabirabad rayonunun Nəriman kənd sakinləri - 1994-cü il təvəllüdlü sürücü Fərid Nazir oğlu Həsənov sərnişinləri - 1995-ci il təvəllüdlü Ələddin Qazər oğlu Əhmədov, 1991-ci il təvəllüdlü Orxan Etibar oğlu Cəbrayılov və 1994-cü il Mircəfər Zamin oğlu Hüseynov hadisə yerində dünyasını dəyişib.
Yaralı Nəriman kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Gülmirzə oğlu Əhmədov Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.