Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sabirabadda kanala düşərək ölən azyaşlının babası: "Beş-on dəqiqə sonra suda ayaqqabısını gördük"
Sabirabadda azyaşlının kanala düşərək ölməsinin bəzi detalları məlum olub.
Babası Təbriz Məmmədov bildirib ki, nəvəsi - 2020-ci il təvəllüdlü Yusif Penciyev valideynləri ilə birlikdə onlara qonaq gəlibmiş:
"Həyətdə oynayırdı, kanal da çox dərindir. Batandan beş-on dəqiqə sonra suda ayaqqabısını gördük. Elə orada boğulmuşdu".
Ətraflı Baku TV-nin süjetində:
Sabirabad rayonunda dörd yaşlı uşaq kanalda boğulub.
"Report" xəbər verir ki, hadisə Bala-Həşimxanlı kəndində qeydə alınıb.
2020-ci il təvəllüdlü Yusif Penciyev evlərinin həyətində oynayarkən oradan keçən kanala düşərək boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər