Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sabirabadda karantin rejimini pozan çayxana aşkarlandı, 20 nəfər cərimələndi
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun Şıx Salahlı kəndi ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.
Çayxananın sahibi və orada olanlardan 19 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub, digərlərinə isə ciddi xəbərdarlıqlar edilib.
"Sabirabad" teqi üzrə xəbərlər
- 10 ildir psixi xəstə kimi qeydiyyatdadır: Özünün xəbəri yoxdur
- "İlğım" əmtəə nişanlı saxta "Himalay duzu" satışdan geri çağırılıb
- Ərəblər Biləsuvarda "Qırmızı Kitab"a düşən quşları ovlayırlar? - Araşdırmalara BAŞLANILDI
- Sabirabadda avtomobil su kanalına aşdı: Xəsarət alanlar var
- Sabirabadda minik avtomobili maneəyə çırpıldı: Ölən və yaralanan var