Sabirabadda kənd ərazisində xalçaya bükülmüş naməlum kişi meyiti tapılıb.
Oxu.Az-ın Aran bürosunun xəbərinə görə, hadisə rayonun Minbaşı kəndində qeydə alınıb.
Meyiti tapılan şəxs 50-55 yaşlarındadır.
Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.